“Bakı KOB evi”ndə əmək və məşğulluq üzrə də xidmətlər göstərilir

Bakının Nərimanov rayonunda yerləşən “Bakı KOB evi”ndə sahibkarlara digər dövlət qurumlarının xidmətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid xidmətlər də göstərilir.

Sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi bu vahid məkanda biznes subyektləri əmək müqaviləsi bildirişlərinin qeydiyyatı xidmətindən yararlana bilərlər. “Bakı KOB evi”ndə həmçinin aktiv məşğulluq, o cümlədən özünüməşğulluq proqramları ilə bağlı da müraciət edənlərə məlumatlar verilir.

Qeyd olunan xidmətlərlə bağlı Nazirliyin müvafiq qurumları və ya DOST mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət oluna bilər. 

Sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmətin təqdim edildiyi, xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında göstərildiyi “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►