AZPROMO və KOBİA: “Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir”

Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri xarici analoqları ilə müqayisədə yüksəkdir, bu da onların ixracına problem yaradır.

Rockvell “Report”-a istinadən xəbər verir ki, bu fikir Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda səsləndirilib.

“Azərbaycan şirkətlərinin öz məhsulları üçün müəyyən etdiyi qiymətləri xarici tərəfdaşlara təqdim etdikdə məlum olur ki, onlar analoqlarından dəfələrlə bahadır. Bu məsələ ilə bağlı sahibkarlar daim məlumatlandırılır. Biz şirkətlərə deyirik ki, çox güman sizdə hansısa problemlər var. Bu səbəbdən maya dəyəri yüksəkdir. Tövsiyyə edirik ki, onlar işlərini təkmilləşdirsinlər, rəqəmsallaşmaya getsinlər”, – deyə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı bildirib.

“Ötən il Azərbaycan sahibkarlarından 6 000-ə yaxın müraciət daxil olub ki, onların tərkibində ixracla bağlı məsələlər də var. İş adamlarının çoxu gömrük prosedurları ilə bağlı çətinlik olduğunu bildirib. Yerli istehsal məhsulları ölkəyə idxal olunan xarici istehsal məhsullarından baha olur. Bu da ixraca problem yaradır. Baxmayaraq ki, sahibkarlar qiymətlərin yüksək olmasını keyfiyyətlə əlaqələndirirlər. Onlar tələb-təklif qaydalarına uyğun olaraq məhsulların satışı siyasəti həyata keçirməlidirlər”, – deyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov bildirib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı

AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamladı 05.06.2026.
►►►
İqtisadiyyat / Biznes

Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr ...

Avropa İttifaqı ilə Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş mətbuat…
►►►
İqtisadiyyat / Biznes

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir Birbank-ın…
►►►