AZPROMO nümayəndələri Mərakeşdə işgüzar səfərdə olub

Mərakeş bazarının xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracına dair fikir mübadiləsi aparılıb, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin investisiya imkanları diqqətə çatdırılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndələri Rabat və Kasablanka şəhərlərində bir sıra görüşlər keçiriblər.

AZPROMO-nun təmsilçiləri Mərakeş İxracatçılar Assosiasiyası (ASMEX), Kasablanka-Settat Ticarət, Sənaye və Xidmətlər Palatası (CCISC), Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM), Mərakeş Əczaçılıq Sənayesi və İnnovasiya Federasiyası (FMIIP), Karbohidrogenlər və Mədənlərin Milli İdarəsi (ONHYM), “City Concept” konsaltinq şirkəti, həmçinin Türkiyənin BİM şirkətinin Mərakeşdəki filialı və Türkiyənin Rabat şəhərindəki Səfirliyində görüşlərdə iştirak ediblər.

Səfər çərçivəsində Mərakeş bazarının xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracına dair fikir mübadiləsi aparılıb, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin investisiya imkanları diqqətə çatdırılıb, qabaqcıl təcrübə və məlumat mübadiləsinin aparılmasına dair razılıqlar əldə olunub

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlıq müzakirə olunub

Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlıq müzakirə olunub Avqustun 5-də…
►►►
İqtisadiyyat / Biznes

Sənaye zonalarının qeyri-neft sənayesi....

Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi…
►►►
İqtisadiyyat / Biznes

Plastik kütlə və polietilen istehsalı artıb

Plastik kütlə və polietilen istehsalı artıb Bu ilin yanvar-iyun aylarında ölkədə 154,9…
►►►