ADY Bakı-Ağstafa marşrutu üzrə qatar reyslərinin sayını intensivləşdirir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə sayca 2-ci reys təyin edir.

Belə ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08.25-də yola düşən qatar mənzilbaşına saat 13.20-də çatacaq. Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir

ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün daha güclü regional əlaqələndirmə…
►►►
Nəqliyyat / Logistika

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır 16 fevral 2026-cı il, Bakı…
►►►
Nəqliyyat / Logistika

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər Yaz fəsli mühit…
►►►