Kənd təsərrüfatı məhsullarının alışı zamanı ƏDV hansı halda ümumi dövriyyədən hesablanır

Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən, 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura, habelə, elektron alış aktı ilə topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən üç il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura, habelə, elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. Maddədə diqqət çəkən 3 vacib məqamı qeyd edirik:

1.Maddədə 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə sənədləşmələrin düzgün həyata keçirilməsi vurğulanır. Qeyd edək ki, Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanunun keçid müddəasında bildirilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır.

2. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə aşağıdakı sənədlərdən ən azı biri olmadıqda ƏDV ticarət əlavəsindən yox, ümumi dövriyyədən hesablanacaq:

– elektron qaimə-faktura (vergi ödəyicilərindən alındıqda);

– idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (idxal olunduqda);

– elektron alış aktı ilə (vətəndaşdan) alındıqda.

3. Kənd təsərrüfatı məhsullarının təqdim edilməsi Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi aşağıdakı sənədlərlə rəsmiləşdirilməlidir:

– elektron qaimə-faktura (topdansatış qaydasında);

– nəzarət kassa-aparatının çeki (pərakəndə satış qaydasında).

mənbə: csgroup.az

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Azərbaycanda süd istehsalı cüzi artıb

Azərbaycanda süd istehsalı cüzi artıb 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Fermerlərin diqqətinə!!!

Fermerlərin diqqətinə: Bir torpaq sənədi üzrə 3 ha və daha çox sahəni bəyan etmiş…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb

Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb Hazırda taxıl biçininə…
►►►