AQTİ-də olan vakant yerlərlə bağlı Sumqayıtda görüş keçiriləcək
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İşə qəbulla bağlı 2023-cü il yanvarın 12-də saat 10:00-da Sumqayıt…
Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin əlamətləri və bu xəstəliyə qarşı mübarizə tədbirləri
Qoyun və keçilərin çiçəyi (lat. Variola ovina et caprarum, ing.Sheep and Goat pox) – xırdabuynuzlu heyvanların virus mənşəli, kəskin gedişli, kontagioz infeksion xəstəliyidir. Xəstəlik heyvanların ölümü və məcburi kəsimi, məhsuldarlığın…
Sahibkarlıq subyektlərinin nəzərinə
Yanvarın 10-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatın Bakı şəhəri üzrə verilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı KOB evi”ndə həyata…
Evdən çıxmadan kredit almağın yolu Yelo Bank-da
Qarlı havada evdən çıxmadan kredit almaq? Yelo Bank-da mümkündür! Bankın tam onlayn kredit məhsulundan hər fəsildə, hər havada, hətta şaxtalı havada da faydalanmaq olar.
Belə ki, 50 000 manatadək istehlak kreditini zaminsiz, illik cəmi 13%-dən başlayan şərtlərlə banka gəlmədən əldə edə bilərsiniz. Yelo…
AZAL mart ayında Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirəcək
Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə – Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.
Belə ki, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi…
Skamerlər hər şeyə əl atırlar: Kaspersky mütəxəssisləri “asan uduşlara” inanmamağa çağırır
Yeni il bayramı və onun gətirdiyi həyəcan, qarışıqlıq kibercinayətkarlar tərəfindən istifadə edilən ənənəvi mövzulardandır. İstifadəçilərin məlumatsızlığına və diqqətsizliyinə güvənərək, onlar tez-tez tanınmış brendləri təqlid edir və…
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq, 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib. Müvafiq texnikalar saz vəziyyətinə gətirilib…
ASCO-nun Təlim Tədris Mərkəzi ötən ili uğurla başa vurub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi (TTM) 2022-ci il ərzində qarşıya qoyulan bütün hədəflərə nail olub.
Mərkəzdə dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin…
Unibankın kapitalı 31 milyon manat artıb
Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə…
Azərbaycanın qeyri-neft ixracı 2022-ci ildə 10%-dən çox artıb
2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 mlrd. ABŞ dollarına yaxınlaşıb.
Rockvell-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 mln.





