Azərbaycanın qeyri-neft ixracı 2022-ci ildə 10%-dən çox artıb

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 mlrd. ABŞ dollarına yaxınlaşıb.

Rockvell-in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 mln. ABŞ dolları təşkil edib və bu, 2021-ci il ilə müqayisədə 10,3% çoxdur.

Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 mln. ABŞ dolları təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8% çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 mln. ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 713,4 mln. ABŞ dolları təşkil etmişdir.

Əlaqədar məqalələr
Energetika

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 33,5 faiz artıb 2026-cı ilin…
►►►
Made in Azerbaijan

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür 11 fevral 2015-ci il tarixində…
►►►
Made in Azerbaijan

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib Ölkəmizin milli…
►►►