Türkiyə şirkətləri ilə işgüzar görüş keçirilib

Birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə işgüzar görüş keçirilib.

Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib.

Biznes dairələri üçün təşkil edilən ikitərəfli görüşlərdə təmasların qurulması, həmçinin uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunmasına dair fikir mübadiləsi aparılıb, birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələləri müzakirə olunub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►