Yanvar-mart aylarında mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərilib

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bilik və bacarıqlarını artırmaq üçün KOB inkişaf mərkəzlərinin xidmətlərindən ödənişsiz istifadə edə bilərlər.

kobia

KOB subyektlərinin biznes biliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin yanvar-mart ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 69 təlim təşkil olunub. Bu təlimlərdən 825 KOB subyekti və biznesə başlamaq istəyən şəxs yararlanıb. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması və digər mövzuları əhatə edir.  

Bu dövrdə 243 sahibkarlıq subyektinə biznesin qurulması və inkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib.

Agentlik tərəfindən bu dövrdə 47 biznes planın hazırlanması üçün müvafiq dəstək təmin edilib.

KOBİA tərəfindən göstərilən təlim və məsləhət xidmətləri ödənişsizdir.

Biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri bu sahədə bilik və bacarıqlarını artırmaq üçün Agentliyin KOB inkişaf mərkəzlərinin (KOBİM) təlim, məsləhət, biznes planın hazırlanmasına dəstək və digər xidmətlərindən istifadə edə bilərlər. KOBİM-lər tərəfindən keçirilən təlimlərə dair məlumatı KOBİA-nın saytından əldə etmək olar (http://bit.ly/3MyRGpP).

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►