“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 21-ci mövsümü başlayıb. Yeni mövsümdə 9 region və 7 universiteti təmsil edən 20 komandanın iştirak etdiyi yarışı hər həftənin bazar günü saat 18:20-də İctimai Televiziyada yayımlanacaq.

Bu mövsümdən tətbiq edilən yeni qaydalara görə, həftənin qalibləri ayın final görüşündə üz-üzə gələcəklər.  Ümumilikdə isə ayın qalibləri “Nar” kuboku uğurunda mübarizəyə qoşula biləcək. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.

Qeyd edək ki, ölkənin intellektual inkişafına dəstəyinin ifadəsi olaraq, “Nar” artıq 11 ildir ki, “Breyn Rinq” yarışını dəstəkləməyə davam edir. Mobil operatorun dəstəklədiyi digər sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►