Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib.

Brifinqda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi  dördüncü “Avropada Təhsil” sərgisini 10-11 oktyabr tarixlərində Bakıda “Hilton” mehmanxanasında keçiriləcəyini bildirib.

Sərgidə Avropanın 16 ölkəsini təmsil edən 60-dək universitet iştirak edəcəkdir. Şənbə günü 10 oktyabr tarixində saat 11:00-da başlayacaq açılış mərasimində Aİ-nin Azərbaycandakı Səfiri Aİ-na Üzv Dövlətlərin Səfirləri ilə birgə iştirak edəcək.

“Study in Europe – Avropada Təhsil” sərgisində məqsəd gənclərə Avropada ali təhsil proqramları və təqaüd imkanları haqqında məlumat verməkdir. Sərgidə təhsil imkanları ilə yanaşı, gənclər Avropa ölkələrində tələbə həyatı barədə də faydalı məlumatlar əldə edə biləcəklər.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Z.A. Marijana Kujundzic brifinqda  bildirib ki, “Avropada təhsil almaq zəruri bilik və bacarıqlar qazanmaq, yeni mədəniyyətlər kəşf etmək, dillər öyrənmək, beynəlxalq əlaqələr qurmaq və unudulmaz təcrübə qazanmaq üçün bir fürsətdir. Ümid edirik ki, tədbirimiz gənc Azərbaycanlıları Aİ-də təhsil almağa, yaradıcılıq, innovasiya, ilham və fürsət dünyasını kəşf etməyə təşviq edəcək”.

Latviya səfiri Edqars Skuya deyib ki, sərgidə 9 universitet təmsil olunacaq: “ Son illər daha çox azərbaycanlı gənc Latviyada təhsil almağa maraq göstərir. Biz bu sərgi vasitəsilə onları dəstəkləyirik. Mən hər kəsi sərgiyə dəvət edirəm”.

Litva səfiri Kestutis Vaşkeleviçus bildirib ki, sərgidə 7 unversitetlə təmsil olunacaqlar,  onlar müxtəlif sahələri əhatə edirlər, hazırda 400 azərbaycanlı Litvada təhsil alır. Təhsil əməkdaşlığı ölkələrimiz arasında əlaqələrə də müsbət təsir edir.

Macarıstan səfiri Tamaş Torma bildirib ki, ölkəsi 650 ildir əla təhsil imkanları təqdim edir: “Ölkələrimiz arasında təhsil əlaqələri ciddi şəkildə inkişaf edir. Anlaşma sazişi çərçivəsində təhsil mübadiləsi həyata keçirilir. Bir çox azərbaycanlı tələbə Macarıstanda bir sıra sahələr üzrə təhsilə xüsusi maraq göstərir. Mən əczaçılıq və kənd təsərrüfatını da vurğulamaq istəyirəm. 800 azərbaycanlı hazırda Macarıstanda təhsil alır”.

Qeyd edək ki, sərgi 10 oktyabr tarixində saat 11:00-da Hilton hoteldə başlayacaq.

“Avropada Təhsil” sərgisi, 1996-cı ildə Aİ-Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə başlayan və 30 il davam edən daha geniş və genişmiqyaslı tərəfdaşlığın bir hissəsidir. O vaxtdan bəri Aİ Azərbaycanın təhsil sektorunu 29 layihə ilə dəstəkləmişdir.
Avropada Təhsil barədə əlavə məlumat almaq və sərgiyə qeydiyyatdan keçmək üçün keçiddən istifadə etməyiniz xahiş olunur: https://eu4azerbaijan.eu/study-in-europe-education-fair-2026/

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►