2023-cü ilin I rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb

Dövlət ixracatçı subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübü ərzində satış göstəriciləri artıb.

Sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5 min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79%, satış gəlirlərində isə 13.9% artım deməkdir.

Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15% və 7.6% artım qeydə alınıb. I rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►