“MİDA ” MMC açıq tender elan edir

Tenderdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Füzuli, Cəbrayıl və digər şəhərlərdə yaşayış komplekslərinin tikintisinin video çəkilişlərinin aparılması və çəkilişlərin rəqəmsal formada arxivləşdirilməsi işləri nəzərdə tutulur.

Müsabiqədə iştirak haqqı 250 manatdır.

Satınalan təşkilatın VÖEN-i: 1701953921

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.

Müsabiqənin başlama tarixi və vaxtı: 26.04.2023 17:45

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.05.2023 15:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.05.2023 15:00

Zərflərin açılış tarixi və vaxtı: 30.05.2023 15:00

Çatdırılma yeri – Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31

Çatdırılma müddəti – 12 ay

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Nərmin Mahmudova,

Satınalmaların təşkili şöbəsi-Baş mütəxəssis

Email: narmin.mahmudova@mida.gov.az

Əlaqə telefonu:(+99412) 594-54-01 252

Tələb olunan sənədlər

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş rəsmi arayış

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən aid olduğu sahibkarlıq subyekti barədə məlumat (Dövlət Statistika Komitəsi tərəfindən verilmiş rəsmi arayış);

Hüquqi statusu təsdiq edən sənədlərin (nizamnamə, dövlət reyestrindən çıxarış, vergi şəhadətnaməsi, bank rekvizitləri) notarial qaydada təsdiq edilmiş surəti

Kadr imkanları haqqında məlumat (əmək müqavilələrinin e-gov çıxarışları);

2022-ci ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

İxtisas göstəriciləri:

Son bir il ərzində dövlət satınalmalarında iştirakı, icra etdiyi analoji müqavilələr haqqında məlumat;

BaşlıqAçıqlamaMiqdarÖlçü vahidi
1Video Arxivin Yaşayış komplekslərinin çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləriAdına uyğun120ədəd
2Foto Arxivin çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləriAdına uyğun40ədəd
3Taymlaps çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləriAdına uyğun400ədəd
4Video və animasiya çarxların hazırlanması və sərt disklərdə saxlanılması işləriAdına uyğun35ədəd