“Gənc Ailələrin I Forumu” keçiriləcək

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Addım” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 14 və 15 may tarixlərində “Gənc Ailələrin I Forumu” layihəsi həyata keçiriləcək.

100-dən çox şəxsin iştirakı nəzərdə tutulan forumda əsas məqsəd gənc ailələri müxtəlif sahələrlə bağlı (kişi-qadın münasibətləri, hüquq, uşaqların böyüdülməsi və tərbiyəsi, təhsil, sağlamlıq, psixoloji, büdcə planlaşdırması, gözəllik, dəb və s.) maarifləndirmək, həmçinin, peşəkar təlimçilər və ekspertlər tərəfindən müxtəlif növ interaktiv təlim və simulyasiyalar, habelə birgə müzakirələr, işçi qruplar formatında görüşlər və əyləncəli oyunlar təşkil etməkdir. Forum zamanı fəal, nümunəvi hesab edilən ailələr mükafatlandırılacaq.

Eyni zamanda KİV və sosial mediada mövzunun aktuallaşdırılmasına nail olmaq üçün müxtəlif piar kampaniyalar aparılacaq.

Məlumata görə, tədbirdə gənc ailə mövzusunda MirCəlal Paşayevin hekayəsinin motivləri əsasında çəkilən film ilk dəfə olaraq nümayiş olunacaq.

“Gənc Ailələrin I Forumu” nda iştirak etmək istəyən ailələr aşağıda göstərilmiş link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/5uKziU1Zs2iSwiWq6

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►