Azərbaycan İnvestisiya Şirkəti Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC idxaldan asıllığın azaldılması, yerli istehsala dəstək və əlavə iş yerlərinin yaradılması məqsədi ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” ilə Anlaşma Memorandumu imzalayıb.

Layihənin əsas məqsədi Azərbaycanda beynəlxalq təcrübədən və texnologiyadan istifadə etməklə müasir tələblərə cavab verən heyvan sağlamlığı üzrə bioloji preparatların və peyvəndlərin istehsalı vasitəsilə ölkənin bu sahədə olan tələbatının idxaldan asıllığının azaldılması, təcrübəli mütəxəssislərin cəlb edilməsi və yerli mütəxəssislərin yetişdirilməsi və mərkəzləşdirilmiş laboratoriyanın yaradılmasıdır.

Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri Anonim Şirkəti” heyvanlar üçün epizootiya əleyhinə bioloji preparatların (peyvəndlərin) Türkiyədə ən böyük istehsalçısıdır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən!

Yelo Bank-dan sərfəli fürsət: Qızıl təminatlı kreditlər aylıq cəmi 1%-dən! Zinət…
►►►
İqtisadiyyat / Biznes

"Hər işdə birinci qadınlar"

“Hər işdə birinci qadınlar” Bayram alış-verişiniz qadın sahibkarların…
►►►