Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

Şirkət Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib. MMC-nin baş kommersiya inzibatçısı bundan öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.

F.Fərəcullayev “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb.