Rumıniya-Azərbaycan biznes forumu keçirilib

Rumıniya-Azərbaycan biznes forumunda KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində Buxarestdə Rumıniya – Azərbaycan biznes forumu keçirilib. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Buxarestin Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. 

Biznes forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►