Özbəkistan və Azərbaycan əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi
Biz 28-ci beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak etməkdən məmnunuq, çünki dövlətlərimiz arasında münasibətlər getdikcə inkişaf edir.

“Uzbekneftegaz” ASC-nin İdarə Heyətinin sədri
Qeyd edim ki, Azərbaycan nümayəndələri də ənənəvi olaraq bizim ixtisaslaşdırılmış sərgi və konfranslarımızda iştirak edirlər.
Bu yaxınlarda ARDNŞ-nin rəhbəri Rövşən Nəcəf Daşkənddə əməkdaşlığın müxtəlif sahələri üzrə danışıqlar aparıb və bu həftə Bakıda dialoqumuzu davam etdirəcəyik.
Biz əməkdaşlığın 5 istiqaməti nəzərdə tuturuq. Buraya Özbəkistanın şimalındakı yataqlarda ARDNŞ-nin işləri; Azərbaycanda üç yatağın mənimsənilməsində “Uzbekneftegaz”ın iştirakı; Özbəkistanın neft-kimya kompleksinin məhsullarının dünya bazarlarında satışı üçün “SOCAR Trading” və “Uzbekneftegaz” ASC BM-nin yaradılması; özbəkistanlı mütəxəssislərin ixtisaslarının artırılması, habelə Özbəkistanda, xüsusən də Özbəkistanın Buxara şəhərində neft emalı zavodlarının modernləşdirilməsi üçün Azərbaycan yanacaq və enerji kompleksi nümayəndələrinin biliklərindən istifadə daxildir.
Biz ARDNŞ-ni xidmət müqavilələrində, eləcə də Özbəkistan ərazisində yanacaq və enerji kompleksində müxtəlif növ işlərin operatoru qismində iştirak etməyə dəvət edirik.
Əlaqələrimizin inkişafı Özbəkistan və Azərbaycanın ticari-iqtisadi əməkdaşlığına yeni təkan verə bilər və biz hər iki dövlətin rifahı naminə bu prosesə hər cür kömək etməkdə maraqlıyıq.