VTB (Azərbaycan) kredit kampaniyasının müddətini uzatdı

VTB (Azərbaycan)-ın nağd kredit üzrə kampaniyası çoxsaylı müştərilərin istəklərinə əsasən 31 avqust tarixinə kimi uzadıldı. 19 apreldən nağd kredit və yenidən maliyyəşdirmə üzrə faiz dərəcələri endirilmişdir və beləliklə minimal illik faiz dərəcəsi 10.99% təşkil etmişdir. Kampaniya çərçivəsində endirilmiş illik faiz dərəcəsi 3 aydan 12 aya kimi ayrılan kreditlərə şamil edilir.

Bankın kredit şərtlərinə əsasən 300 manatdan 40 000 manatadək ayrılan nağd pul kreditini komissiyasız və zaminsiz 3 aydan 5 ilədək müddətə əldə etmək mümkündür. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.

Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►