KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanıb

Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində əlaqələrin təşviqi, birgə tədbirlərin təşkili nəzərdə tutulur.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu keçirilib.

Rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar. Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

"SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun....

“SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun  “Rəqəmsal mayak” mükafatı…
►►►
İqtisadiyyat / Biznes

Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri və prezidenti Con Hantsman ...

Mastercard şirkətinin strateji inkişaf üzrə vitse-sədri və prezidenti Con Hantsman…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb Yelo…
►►►