Xəzərin “Abşeron” yatağından ilk qazın çıxmasını gözləyirik

Fransanın “TotalEnergies” şirkəti Bakıda keçirilən “Xəzər Neft və Qaz” beynəlxalq sərgilərinin daimi iştirakçısıdır, çünki 27 ildir Azərbaycanda fəaliyyət göstərir.

130-dan çox ölkədə layihələr həyata keçirməklə biz bu ölkələrdə yaşayan insanların rifahı naminə davamlı inkişafa nail olmağa çalışırıq.

Şirkət bütün dünyada karbohidrogen hasilatı, bioyanacaq istehsalı, bərpa olunan enerji mənbələri sahəsində layihələrinin inkişafı ilə məşğuldur.

Məqsədimiz 2050-ci ilə qədər ətraf mühitin qorunması məqsədilə “Yaşıl çağırış” çərçivəsində karbon neytrallığına nail olmaqdır.

Enerji keçidinin həyata keçirilməsində (ənənəvi enerji mənbələrindən istifadənin azaldılması) işlədiyimiz ölkələri dəstəkləyirik.

Azərbaycandakı arzularımız hazırda Xəzərin “Abşeron” yatağından ilk qazın alınmasına yönəlib.

Bu qaz yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 2023-cü ilin iyul ayında gözlənilir.

Yatağın mənimsənilməsinin ikinci mərhələsi — onun tammiqyaslı işlənməsinə son investisiya qərarından (FID) sonra icazə veriləcəkdir.

ARDNŞ (tərəflərin layihədə paritet iştirakı) ilə birlikdə “Abşeron” yatağının tammiqyaslı işlənməsinə kifayət qədər başlamaq istərdik və biz bunun üzərində işləyirik.

Həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işində 5% payla iştirak edirik və bizim üçün maraqlı olarsa, yeni layihələrə daxil olma imkanlarını araşdırırıq.

Biz Azərbaycanda, xüsusilə təhsil sahəsində sosial layihələrin həyata keçirilməsində fəalıq, çünki gənc nəslin tərbiyəsi sivilizasiyanın tərəqqisi üçün son dərəcə vacibdir.