Seulda Koreya-Azərbaycan biznes forumu keçirilib

Forumda Azərbaycan və Koreya arasında ticarət, investisiyalar və İKT kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Seulda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə Koreya–Azərbaycan biznes forumu keçirilib. Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZPROMO, Ələt Azad İqtisadi Zonası və KITA-nın nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, prioritet tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, o cümlədən ticarət, investisiyalar və İKT sahələrində mövcud əməkdaşlığın şaxələndirilməsi müzakirə olunub.

Forumda Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, investorlar üçün yaradılan imtiyazlar, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və infrastruktur layihələri haqqında təqdimat və videoçarx nümayiş olunub. Forum G2B görüşlərlə davam edib.

Əlaqədar məqalələr
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir