Aygün Kazımovanın mahnısı “Qorqud”un ifası ilə yeni versiyada oxunub

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur “Qoy işığı söndürüm” mahnısının yeni versiyası bütün musiqi platformalarında və Youtube kanalında yayımlanıb.

Qorqudun sözlərinə görə, o, Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün, həmişə bu mahnını remeyk etmək arzusunda olub. Onun bu mahnı ilə bağlı çoxlu xatirələri var. Mahnının 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilib, dinlənilir.

“Qoy işığı söndürüm” mahnısı üçün Nərmin Kərimbəyova Qorqudun təklifini qəbul edərək, layihədə iştiraka razılıq verib və ona dəstək olub.

Qeyd etmək istərdik ki, Qorqud-un yaradıcılığı 2015-ci ildə yarımfinaladək yüksəldiyi ilk lisenziyalı “The Voice of Azerbaijan” layihəsi ilə başlayıb.

Çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra Qorqud təxəllüsünü götürərək, hər şeyə sıfırdan başlayır və “Bağışla” onun yeni solo karyerasında əsas mahnı olur.

Eyni zamanda, Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Uşaqların sevimli “Aybolit”i gəlir

Uşaqların sevimli “Aybolit”i gəlir Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya…
►►►
İncəsənət / Dəb

Can Ozan Bakıda unudulmaz musiqi gecəsi yaşadıb

Can Ozan Bakıda unudulmaz musiqi gecəsi yaşadıb Bakı Musiqi Akademiyasının nəzdində…
►►►