Rekord nailiyyət: AZAL artıq 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət hesab edilib

20 iyun 2023-cü il, Paris – AZAL nüfuzlu “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülərək, yenidən öz yüksək statusunu təsdiq edib.

Aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daima sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək  rekord sayda – on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini sübut edir.

Mükafatlandırma mərasimi 20 iyun tarixində Paris aviasalonu çərçivəsində baş tutmuşdur.

““Azərbaycan Hava Yolları” şirkətinin rəhbərliyini və əməkdaşlarını bu mühüm nailiyyət – Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasında rekord sayda – on ikinci dəfə qələbə qazanması münasibətilə təbrik edirik. Bu, xüsusilə regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir”, – deyə “Skytrax” şirkətinin baş direktoru Edvard Pleysted  bildirdi.

Öz növbəsində AZAL QSC-nin prezidenti Cahangir Əsgərov qeyd etdi: – “Biz fəxr edirik ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq regionun aviasiya sahəsində liderlərdən biri olaraq qalır. Aviaşirkətimiz yeni nailiyyətlər qazanmağa davam edəcək və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcəkdir. Müştərilərimizə – bizə etibar etdiklərinə görə və AZAL-ın bütün komandasına – səylə çalışdıqlarına və aviaşirkətə sədaqətlərinə görə təşəkkür edirik”.

“World Airline Awards” mükafatı  qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi, İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir.

Əlaqədar məqalələr
Turizm

Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi....

Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm…
►►►
Turizm

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib Oktyabrın…
►►►
Turizm

Azərbaycan “Ən yaxşı kulinariya destinasiyası”....

Azərbaycan “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasının qalibi olub 20-21…
►►►