Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

21-24 iyul tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib.

Səfər müddətində Qazaxıstan və Özbəkistandan olan 20-yə yaxın turizm şirkətinin nümayəndələri Azərbaycanın mövcud turizm infrastrukturu, təqdim olunan xidmətlər, çimərlik turizmi imkanları, mədəni irs və milli mətbəxlə tanış olublar.

Səfər çərçivəsində Qazaxıstan və Özbəkistanın turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətləri və hotellərin 80-ə yaxın nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub. Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, 2026-cı ilin ilk yarımilliyində Qazaxıstandan 50 mindən çox, Özbəkistandan isə 34 mindən çox ziyarətçi ölkəmizə səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% və 49% artım deməkdir.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►
Turizm

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu…
►►►
Turizm

"Şahdağ” Turizm Mərkəzində “TourismLAB” Yay Düşərgəsi keçirilir

“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” Yay Düşərgəsi…
►►►