Yelo Bank-ın dəstəyi ilə uşaqlar üçün “Yay futbol düşərgəsi” başlayıb

Yelo Bank ölkəmizdə, xüsusilə regionlarda uşaq futbolunun inkişafı üçün növbəti təşəbbüskar addım atıb. Bu dəfə Bank, Futbolun İnkişaf Fondu və “Araz Naxçıvan” futbol klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Yay futbol düşərgəsi”nə dəstək olub. Naxçıvan şəhərində keçirilən düşərgədə aztəminatlı ailələrdən 40 nəfər uşaq iştirak edib. Yeddi günlük düşərgə zamanı uşaqlar üçün müxtəlif mövzuları əhatələyən fərdi inkişaf təlimləri və futbol dərsləri keçirilir, fərqli sahələrdən ekspert qonaqlar dəvət edilir. Düşərgə çərçivəsində uşaqlar üçün həmçinin, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev muzeyinə ekskursiya təşkil olunacaq.

Xatırladaq ki, Yelo Bank bundan əvvəl AFFA-nın təşkilatçılığı ilə keçirilən “Kəndlərdə idmanı inkişaf etdirək” proqramının çərçivəsində Cocuq Mərcanlı, Ağdaş, Gəncə, Goranboy, Şəmkir, Gədəbəy və Göygöl məktəblilərinə dəstək olub. Həyata keçirilən layihələrlə Yelo Bank yeni nəsil futbol ulduzları üçün daha parlaq gələcək yaratmağı hədəfləyir.

Onlayn kredit sifarişi (https://www.yelo.az/az/individuals/online-services/loan_request/) ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı…
►►►
City Life

Unibank jurnalistlər üçün təlim təşkil edib

Unibank jurnalistlər üçün təlim təşkil edib Unibank 22 iyul — Milli Mətbuat Günü…
►►►
City Life

“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir

“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Cari ilin I yarısında proqrama…
►►►