Efiopiyanın dövlət naziri ilə görüş keçirilib

Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşdə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspektivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Efiopiyanın xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa Moaç ilə görüşüb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Sahib Məmmədov ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların müsbət nəticələrini qeyd edib, azad edilmiş ərazilərimizin yenidən qurulması və iqtisadi reinteqrasiyası ilə bağlı görülən işlərin ümumi iqtisadi inkişafa töhfə verdiyini bildirib. 

Mesqanu Arqa Moaç Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, Azərbaycanın iqtisadi islahatlar təcrübəsinin tətbiqinə maraq göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.  

Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması, o cümlədən ticarət və investisiya üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsi, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Görüşdə Efiopiya ilə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı perspekivləri, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində atılmalı olan addımlar müzakirə edilib.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilib 21 oktyabr Bakıda Avropa…
►►►
İqtisadiyyat / BiznesROCKVELL LADY

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start…
►►►
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►