Nazirliyin nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

11 iyul tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. İclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti təmsil edir.

Təşkilatın idarəedici orqanı olan Şura BTİ fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr-14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında keçirilmiş seçkilərdə BTİ Şurasına üzv seçilərək Şurada təmsil olunan 48 ölkədən biri olub.

Builki sessiya “Gələcəyin tələblərinə cavab verən BTİ-nin yaradılması” mövzusuna həsr olunub. Sessiya zamanı təşkilatın İKТ sahəsi üzrə qlobal siyasətin strateji məqamları ilə bağlı müasir çağırışlara cavab verməsi istiqamətində qiymətləndirilməsi və bu baxımdan təşkilatın işinin təkmilləşdirilməsinə dair müzakirələr aparılır.

Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov sessiyanın yüksək səviyyəli seqmentində çıxış edərək ölkəmizdə İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sessiya çərçivəsində, həmçinin təşkilatın fəaliyyətinə dair üzv dövlətlərin təkliflərinə baxılması və BTİ-nin 2024-2027-ci illər üzrə Strateji Planı və Transformasiya üzrə Yol Xəritəsinin müzakirəsi nəzərdə tutulur.

Sessiya iyulun 22-dək davam edəcək.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi

“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi “Nar” 8 Mart…
►►►
Elm / Texnologiya

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir

Azercell-in dəstəyi ilə Beyləqanda qızlar üçün STEM dərslərinə start verilir Lider…
►►►
Elm / Texnologiya

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu AZCON Holding şirkətlərindən…
►►►