Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 15-16 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib. Belə ki, 15 və 16 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 13 AZN, Bakı-Goran istiqaməti üçün 14 AZN, Bakı-Gəncə istiqaməti üçün 15 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN, Bakı-Ağstafa istiqaməti üçün 17 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Əlaqədar məqalələr
City Life

“CineMastercard”da türk komediyası “Yan Yana”

“CineMastercard”da türk komediyası “Yan Yana” Bakı, 2 dekabr: “CineMastercard”…
►►►
Nəqliyyat / Logistika

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib 2 dekabr 2025-ci il, Bakı…
►►►
City Life

Azercell-dən qış kampaniyası!

Azercell-dən qış kampaniyası! “Xiaomi Redmi 15C” modelini əldə edən müştərilərə…
►►►