Red Bull yağlı dirək yarışı ilk dəfə Bakıda

22 iyul tarixində, Pirallahıda yerləşən Nərəkənd parkında keçiriləcək Red Bull Yağlı Dirək yarışında cəsarətli iştirakçılar yağlı dirəyin üstündə əsas mükafat uğrunda mübarizə aparacaqlar.

Red Bull Yağlı Dirək yarışının qaydaları çox sadədir. 10 metrlik yağlı dirəyin üstündə qaçmaq və dirəyin sonunda olan bayrağı götürməkdir. Sən də bu əyləncəli yarışa qoşul və qalib olmaq şansını qaçırma.

Nərəkənd parkında keçiriləcək yarışda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir: REDBULL.AZ/YAGLIDIREK

Xəzərin sahilində, suyun üzərində yerləşən yağlı dirəyin sonuna kimi yıxılmadan qaç, bayrağı götür və qalib olaraq pul mükafatı qazan.

Red Bull Yağlı Dirək nədir?

Ölkəmizdə ilk dəfə keçiriləcək Red Bull Yağlı Dirək yarışının tarixi Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan “Dənizçilik və Kabotaj” bayramına gedib çıxsa da, hazırda bu ənənə daha çox dəniz mövsümündə insanlara əyləncəli və uzun müddət yaddaşlardan silinməyəcək xatirə bəxş etmək üçün davam etdirilir.

İştirak və əyləncəli tədbiri seyr etmək sərbəstdir.

QEYDİYYAT VƏ ƏTRAFLI MƏLUMAT: REDBULL.AZ/YAGLIDIREK

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►