Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə Özbəkistanın Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası (Uztekstilprom) arasında əməkdaşlıq haqqında Memorandum imzalandı

“AFRA”  İdarə Heyətinin sədri Fərid Novruzi “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər arasında keçirilən görüşün əsas məqsədi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının xarici əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də, ölkəmizə idxal olunan geyim mallarının qiymət siyasətinin yumşaldılması üçün yolların araşdırılmasından ibarətdir.

Özbəkistan nümayəndə heyəti “AFRA” üzvlərinə öz ərazisində istehsal sahələrinin müştərək istifadəsi imkanlarını nəzərdən keçirməyi təklif etdi.  

Görüşün sonunda  “AFRA” idarə heyətinin sədri Fərid Novruzi və “Uztekstilprom” sədrinin birinci müavini Mirmuhsin Sultanov əməkdaşlıq haqqında Memorandum imzaladılar. Memorandum iki təşkilat arasında məlumat mübadiləsi, tekstil sənayesi sahəsində əməkdaşlıq, qarçılıqlı investisiya imkanlarının araşdırılması maddələrini nəzərdə tutur.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Qadın sahibkarlar üçün Yelo Bank-dan parlaq imkan

Qadın sahibkarlar üçün Yelo Bank-dan parlaq imkan! Azərbaycanda qadınların biznes…
►►►
İqtisadiyyat / Biznes

Bakı Fond Birjasında “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” baş tutub

Bakı Fond Birjasında “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" ....

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın “Customer Tech Conference 2026” tədbiri…
►►►