Park Cinema-da “Gizli Zərbə” və həyəcan dolu gecə

25 iyul tarixində Park Cinema Alov Qüllələri kinoteatrında “Gizli Zərbə” filminin qapalı nümayişi keçirildi.
Filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncə dolu tədbirdə iştirak etdilər. Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasında KİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət və incəsənət xadimləri yer aldılar.

Qeyd edək ki, “Gizli Zərbə” filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən oldu.

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmiş xüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behs edilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhramanlarımız ala bilər.

Tamaşaçılar 27 iyul tarixindən etibarən “Gizli Zərbə” filminə Park Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində “Super Gün” , “Tələbə” və “Ailə Tarifi”  aksiyaları davam edir və “Gizli Zərbə” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
İncəsənət / Dəb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi…
►►►