Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2127024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9,556.2705 (9.95%) manat və 9,618.4675 (8.5%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,960,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,597.7887 (8.98%) manat və orta ölçülmüş qiyməti isə 9,602.7654 (8.86%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 17.01.2024-cü ildir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya…
►►►