“Qayınana” tamaşası Bakıda

3 avgust Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.

Qardaş ölkənin sənət ocağının yaradıcı heyəti “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gəlib. “Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının rejissoru Daston Xakberdiyev, dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur. Tamaşa özbək dilində nümayiş olunub.

Aktyor heyətinin məharətli çıxışı hamının zövgünə oxşayıb , tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, özbək teatrının ifasında Qeyd “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

“CineMastercard” da türk kriminal dramı “Çatlı”

“CineMastercard” da türk kriminal dramı “Çatlı” “CineMastercard” kinoteatrlar…
►►►
İncəsənət / Dəb

Çingiz Abdullayevin “Riyakarın iflası” kitabının tərcüməsinin prezentasiyası keçirildi

Çingiz Abdullayevin “Riyakarın iflası” kitabının tərcüməsinin prezentasiyası…
►►►
City Life

"Komedixana”nın "Bayram Bayrama Qarışıb" solo konserti keçirildi

“Komedixana”nın “Bayram Bayrama Qarışıb” solo konserti…
►►►