Yelo Bank-da uşaqlar üçün inklüziv və yaradıcı tədbir keçirilib

Autizmli və digər fərqlilikləri olan uşaqlara diqqət çəkmək, onların inkişafına dəstək olmaq məqsədilə Yelo Bank xüsusi tədbir təşkil edib. Əvvəlcə uşaqlar Bankın baş ofisindəki iş mühiti və kollektivlə tanış oldular. Bundan əlavə qonaqlara özlərini tanıtmaq və istedadlarını bölüşmək üçün imkan yaradıldı. Sonra isə uşaqlar ingilis dilli danışıq klubunda iştirak etdilər və fərqli ölkələrin mədəniyyətləri haqda video təqdimat izlədilər. Tədbir sosiallaşmaq üçün müxtəlif interaktiv oyunların təşkili ilə yekunlaşıb. İştirak edən qonaqlara və tərəfdaşlara Bank tərəfindən hədiyyələr təqdim olundu.

Qeyd edək ki, bu tədbir “Uşaqlarımıza öyrədək” maarifləndirici cəmiyyəti və “Ümid var” yaradıcılıq mərkəzi ilə birgə təşkil olunub. Korporativ Sosial Məsuliyyət strategiyasına sadiq qalan Yelo Bank daha öncə də autizm spektrlı və digər fərqlilikləri olan uşaqları diqqət mərkəzində saxlayaraq, onlar üçün müxtəlif layihələrə imza atıb. Bank bundan sonra da daha inklüziv və bərabərimkanlı həyat üçün təşəbbüskarlığını davam etdirəcək.

Onlayn kredit sifarişi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►