Salyanda keçirilən əmək yarmarkasında 125-dən çox vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.

Salyan rayonunda keçirilən yarmarkada dövlət və özəl sektordan olan 80 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 125-dən çox vakansiya təqdim olunub. 

Vakansiyalar əsasən istehsal, xidmət, kənd təsərrüfatı, inşaat, ticarət, səhiyyə, mühasibatlıq və digər sahələrlə bağlı olub.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Aktiv məşğulluq tədbirində həmçinin peşə hazırlığı və özünüməşğulluq proqramına müraciət edən şəxslərin də qeydiyyatı aparılıb. 

Əlaqədar məqalələr
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►