KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar

Qazax rayonunda istehsal müəssisəsinin və satış mərkəzinin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarlarla biznes ehtityaclarına dair fikir mübadiləsi aparıblar.

Qazax rayonuna səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi rayonun Ağköynək kəndində yerləşən “Əsədoğlu” MMC-yə məxsus müəssisənin fəaliyyəti ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. 

Məlumat üçün qeyd edək ki, müəssisə meyvə-tərəvəzin qablaşdırılmasında istifadə olunan plastik yeşiklərin istehsalı və plastik tullantıların emalı sahələrindən, istixana təsərrüfatından ibarətdir. 2020-ci ildə fəaliyyətə başlayan müəssisədə 15 daimi işçi çalışır. Müəssisə ildə 600 min ədəd yeşik istehsal etmək gücündədir. 

KOBİA nümayəndələri həmçinin, elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan “Abu-Life Group” satış mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►