4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək

Onlayn tədbir çərçivəsində qrant müsabiqəsi ilə bağlı KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.

Avqustun 14-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentlik tərəfindən elan edilmiş KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair 4-cü qrant müsabiqəsi ilə bağlı məlumatlandırıcı tədbir keçiriləcək.

Onlayn tədbirin təşkilində məqsəd müsabiqənin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla tədbirdə iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/86299056125?pwd=UE42Z042alJyMi84aUNNSkYrWGtodz09

Meeting ID: 862 9905 6125

Passcode: 383492

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 14 avqust 2023-cü il saat 09:00-dan – 13 sentyabr 2023-ci il saat 18:00 tarixinə qədər davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir.

Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: bit.ly/3YB1x2F

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►