Uçuş cədvəli yenilənib: Bakıdan Şarm əl-Şeyxə daha çox uçuş olacaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin sayını artıracaq.

Noyabrın 4-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Şarm əl-Şeyx inkişaf etmiş turizm infrastrukturu, gözəl mərcan çimərlikləri ilə tanınır və il boyu turizm mövsümü ilə məşhurdur.

Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.

Əlaqədar məqalələr
Turizm

Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir Azərbaycan Hava Yolları…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır

Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını…
►►►