Vakansiya elan edirik

Rəqəmsal marketinq üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

🟦 Mərkəzin sosial şəbəkələrinin və internet saytının idarə edilməsi;
🟦 Sosial şəbəkələrdə hədəf kütlələrinə uyğun kontentlərin müəyyən edilməsi;
🟦 Aylıq post planın hazırlanması;
🟦 Tanıtım və satış məqsədli konseptlərin hazırlanması;
🟦 Mərkəzin xidmətlərinin təbliğatının aparılmasında iştirak etmək;           
🟦 Effektivliyin ölçülməsi, həftəlik və aylıq hesabatların hazırlanması;
🟦 Trendlərə uyğun səhifələrin yenilənməsi;   
 

Tələb edilən bilik, bacarıq və təcrübə

🟪 Ali təhsil (rəqəmsal marketinq ixtisasını bitirənlərə üstünlük verilir);
🟪 Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; 
🟪 Müxtəlif sosial şəbəkələrdə reklam yerləşdirmə, hədəfləmə və məzmun yaratma bacarığı;
🟪 Rəqəmsal platformalarda təhlil imkanı verən alətlərdən istifadə;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪  Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);

İş şəraiti:

– 5 günlük iş qrafiki

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək hr@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “ Rəqəmsal marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

———————————————————————————————————-

Təlim üzrə mütəxəssis

Vəzifə öhdəlikləri 

🟦 Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillərin, sorğuların və s. aparılması, nəticələri təhlil etməsi və ümumiləşdirməsi;
🟦 Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırması və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırması, təlim təchizatçıları ilə qarşılıqlı əlaqələrin aparılmasında iştirak etmək;
🟦 Təlim proqramlarının tərtibatı;
🟦 Sifarişçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq təklfilərin hazırlanması;
🟦 Yerli və xarici təlim şirkətləri, birlik və assosiasiyalar ilə işgüzar əməkdaşlıqların qurulması;
🟦 Qiymətləndirmənin həyata keçirilməsi;
🟦 Hesabatların hazırlanması;

Tələb edilən bilik, bacarıq və təcrübə:

🟪 Ali təhsil (idarəetmə, iqtisadiyyat və ya sosial-humanitar sahədə təhsil arzuolunandır);
🟪 Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; 
🟪 Təlim proqramlarının müxtəlif auditoriyalar üçün hazırlanması;
🟪 İnnovativ və yaradıcı düşünmək;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪 Təşkilatçılıq və təqdimat bacarığı;
🟪Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);

İş şəraiti:

– 5 günlük iş qrafiki

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək hr@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “ Təlim üzrə mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur. 

———————————————————

Korporativ satış üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:
🟦 Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
🟦 Hədəf müştəri siyahısı üzrə təyin olunmuş müştəriləri analiz etmək və fərdi satış planı hazırlamaq;
🟦 Müştərilərin tələblərini nəzərə alaraq  təkliflər hazırlamaq;
🟦 Hədəf müştəri siyahısına və iş bölgüsünə əsasən müştəriləri cəlb etmək;
🟦 Sosial və kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
🟦 Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
🟦 Sənədləşmənin təqibi;

Tələb edilən bilik, bacarıq və təcrübə

🟪 Müvafiq sahə üzrə azı 1 il iş rəcrübəsi təcrübə;
🟪 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
🟪 Təşkilatçılıq bacarığı;
🟪 Təqdimat hazırlama bacarığı;
🟪 Azərbaycan dilində səlis danışıq;
🟪 Minimum əlavə 1 dil bacarığı (rus və ya ingilis).

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.08.2023-cü il tarixinədək hr@icenter.az elektron ünvanına email-in mövzu hissəsində “ Korporativ satış üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır. 

Əlaqədar məqalələr
Vacancy

Azərbaycan Sahibkarlar Konfederasiyası vakansiya elan edir

Azərbaycan Sahibkarlar Konfederasiyası “Sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi”…
►►►
Vacancy

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start…
►►►
Vacancy

Ekvayrinq üzrə menecer / baş mütəxəssis

Ekvayrinq üzrə menecer / baş mütəxəssis Vəzifə öhdəlikləri Ekvayrinq…
►►►