Eyyub Yaqubovun solo konserti baş tutub

19 avgust “Yaşıl Teatr”da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub. Konsert “Big band sound pro” tərəfindən təşkil olunub.

Gecədə “Big band” qrupunun bədii rəhbəri Fuad Musayev və  Xalq artisti Cavan Zeynallının canlı ifaları da yer alıb.
Eyyub Yaqubov pərəstişkarlarını bir-birindən gözəl mahnıları ilə sevindirib. Onların arasında: “Kim bilir”, “Abşeronum”, “Azəri torpağı”, “Ağabala Çaykovski”, “Ana” və s.

 Konsert proqramında sevilən mahnılarla yanaşı yeni mahnılar da təqdim olunub. “Növbəti stansiya Zuqulba” adlı yeni mahnılardan birini təqdim edən sənətkarın gecə boyunca etdiyi söhbətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb.

O, evin sonbeşiyi olduğunu, uşaqlıqda “Romeo və Cülyetta” filmini çox sevdiyini və dəfələrlə gedib izlədəyini, həm də yazıçı olmaq istəyini sevənləri ilə bölüşüb.

Konsert “Big Band”in möhtəşəm müşayiətilə baş tutub. Konsert boyu ifa olunan rəqslər isə gecəyə xüsusi rəng qatib.
Qeyd edək ki, iki günlük konsert bugündə – 20 avqust tarixində davam edəcək.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►