Microsoft Python-ı Excel-ə gətirir

Artıq Excel-də Python datalarına əsasən düsturlar, cədvəllər və qrafiklər hazırlamaq mümkün olacaq.

Python son illərin ən populyar proqramlaşdırma dillərindən biridir. Proqramlaşdırma ilə məşğul olmaq istəyənlərə tövsiyə edilən ilk dillərdən biri olan Python artıq Excel-də əlçatan olacaq. Microsoft-un inkişafı və inteqrasiyası sayəsində Excel istifadəçiləri artıq proqram daxilində Python-da məlumatları emal və təhlil edə biləcəklər.

Microsoft-un icraçı direktoru Stefan Kinnestrand deyib: “Bu tərəfdaşlıq ilə siz indi Python sistemləri və kitabxanalarından istifadə edərək Excel-də verilənlərə baxa, daha sonra Excel-in düsturlarındandiaqramlarından və Pivot Cədvəllərindən istifadə edə bilərsiniz.

Excel-də Python inteqrasiyası Excel-in daxili konnektorlarının və Power Query-nin bir hissəsidir, ona görə də əlavə quraşdırma tələb olunmur. Bildirilib ki, Python hesablamaları Microsoft-un bulud infrastrukturunda aparılır və nəticələr daha sonra Excel-ə ixrac edilir. Excel istifadəçiləri Python məlumatlarına əsaslanaraq düsturlar, pivot cədvəllər və diaqramlar yarada bilər.

Trilogy.news

Əlaqədar məqalələr
Elm / Texnologiya

"Ookla" Azərbaycanda qonaqpərvərlik sahəsində....

“Ookla” Azərbaycanda qonaqpərvərlik sahəsində bağlantının sürətləndirilməsi…
►►►
Elm / Texnologiya

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►
Elm / Texnologiya

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç! “SİMA KYC”nin…
►►►