Qızıl ucuzlaşır, bazar iştirakçiları FED rəhbərinin çıxışını gözləyirlər

Qızılın qiymətləri iki ayın maksimumuna qalxmış dolların təsiri altında cümə günü zəiflədilər. Eyni zamanda investorlar monetar siyasətin istiqaməti ilə bağlı ipucu əldə etmək ümidi ilə ABŞ Federal Ehtiyatlar Sisteminin sədrinin “Jackson Hole”-da çıxışını gözləyirlər.

XAU/USD cütlüyü 0.22% ucuzlaşaraq Bakı vaxtı ilə 12:38-də bir troya unsiyasına görə 1 913.2$ həddinə qədər eniş edib, 6 əsas valyutadan ibarət səbətə qarşı dollar indeksi isə 0.12% artaraq 104.2 həddinə qalxıb.

Həftənin əvvəlindən qiymətli metal təxminən 1.3% bahalaşıb və avqust ayında artımla tamamnlanan ilk həftəni göstərə bilər.

Faiz dərəcələrinin trayektoriyası haqqında məlumat əldə etmək istəyən investorlar bu gün “Jackson Hole”-da keçirilən simpoziumda Cerom Pavelin və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın çıxışlarına diqqət yetirəcəklər.

“ABC Refinery”-nin əməkdaşı Nikolas Frappelanın sözlərinə görə, FED rəsmiləri ya monetar sərtləşdirməyə ehtiyac olduğunu, ya da borclanma xərclərini daha uzun müddət saxlamağın vacibliyini qeyd edəcəklər.

Palladium 0.51% ucuzlaşaraq unsiyası 1233.84$-a, gümüş isə 0.24% ucuzlaşaraq 24.08$-a satılır. Platinin qiyməti 0.29% artaraq 936.3$ həddinə çatıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►