Azərbaycan Tatarıstan Neft-Kimya Forumu-2023-də iştirak edəcək

Avqustun 31-dən sentyabrın 2-dək “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində Tatarıstan Neft-Kimya Forumu-2023 keçiriləcək.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Tatarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tatarıstanın sənaye və ticarət naziri Oleq Korobçenko deyib.

Onun sözlərinə görə, forum çərçivəsində “TatOilExpo-2023” beynəlxalq sərgisi keçiriləcək. Sərgidə iştirakçı şirkətlərin sayı ötən illə müqayisədə 160-dan 180-dək artıb.

“Tədbirdə cəmi 26 bölgə (60 şəhər), 2 federal şəhər və 5 xarici ölkə – Çin, Azərbaycan, Belarus, Kamerun və Özbəkistan təmsil olunacaq”, – nazir qeyd edib.

Forum çərçivəsində dörd beynəlxalq və bir Ümumrusiya-Çin konfransının keçirilməsi planlaşdırılır. Əsas plenar iclas Rusiyanın neft-qaz şirkətlərinin müasir şəraitdə inkişaf perspektivlərinə həsr olunacaq.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►