Energetika Nazirliyində Dünya Bankının səlahiyyətli nümayəndəsi ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüşüb.

Söhbət zamanı Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilib, Bank ilə əməkdaşlıq məsələləri, Azərbaycanın enerji sektorunun prioritet inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Enerji keçidi, enerji səmərəliliyi, bərpa olunan enerji və Xəzər dənizindən Avropaya ötürülən enerji layihələri istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizində külək enerjisinin potensialının qiymətləndirilməsi barədə məlumat verilib. Görüşdə həmçinin, 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanmasına da toxunulub.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►