SOCAR-ın prezidenti “Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri ilə görüşüb

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad Ellaun ilə görüşüb.

Görüşdə dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield” şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.

Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, bu istiqamətdə təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqi, dekarbonizasiya, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqədar məqalələr
Energetika

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql edilib

TAP boru kəməri ilə indiyədək Avropaya 54 milyard kubmetrdən çox qaz nəql…
►►►
Energetika

Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE…
►►►
Energetika

Maye qazın istehsal həcmi artıb

Maye qazın istehsal həcmi artıb Bu ilin yanvar-oktyabr aylarında ölkədə 190 min ton maye…
►►►