Sahibkarların nəzərinə!

Körfəz ölkələrinin işgüzar dairələri ilə əməkdaşlığın qurulmasında və genişləndirilməsində maraqlı olan yerli biznes subyektlərinə dəstək üçün KOBİA tərəfindən yeni məlumat platforması yaradılıb. 

Azərbaycan və Körfəz ölkələri arasında uğurla davam edən iqtisadi-ticarət əlaqələrini və əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərə alaraq, ölkələrimizin işgüzar dairələri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, yeni əməkdaşlıqların qurulmasına dəstək olmaq, bu sahədə KOB-ların rolunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni məlumat platforması yaradılıb. 

Körfəz ölkələrinin biznes dairələri ilə əməkdaşlıq etmək, ticarət və investisiya sahəsində birgə layihələr və yeni təşəbbüslər reallaşdırmaq istəyən yerli KOB subyektləri aşağıdakı linkə daxil olmaqla sorğudan keçə bilərlər: https://bit.ly/3sILljQ 

Sahibkarlardan daxil olan məlumatlardan Körfəz ölkələri ilə birgə keçiriləcək tədbir və sərgilərə yerli iş adamlarının dəvət olunması, ortaq layihə və təşəbbüslərdə yerli KOB-ların iştirakının təmin edilməsi və digər əməkdaşlıq tədbirləri üçün istifadə olunacaqdır. 

Ətraflı məlumat və qeydiyyat zamanı dəstək üçün: (+994 12) 404 04 01 (daxili 201), Amaliya İsmayılova.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►