Qida məhsullarının çatdırılması zamanı temperatura və vaxta nəzarət necə həyata keçirilməlidir?

Qida məhsullarının istehlakçılara çatdırılması zamanı temperatur nəzarətdə saxlanılmalıdır. Bunu xarici ölkələrin təcrübəsi də təsdiq edir. Belə ki, məhsulların xarab olmaması və ya keyfiyyətini itirməməsi üçün temperatur rejiminə əməl olunmalıdır. Çatdırılma zamanı tez xarab olan soyuq məhsulların 5° C və ya daha aşağı temperaturda, istehlaka hazır isti yeməklərin isə 60° C və daha yuxarı temperaturda qalması təmin edilməlidir. Eyni zamanda çatdırılma avadanlığı ətraf mühitin temperaturuna nəzarət mexanizmi ilə təmin olunmayıbsa, qida məhsullarını çatdıran şəxslər qida təhlükəsizliyi ilə bağlı bütün problem və təhlükələri nəzərə almalıdırlar. Həmçinin qidalar çatdırılma xidməti tərəfindən götürülənədək və çatdırılmadan əvvəl məhsulların hazırlandığı müəssisə tərəfindən müvafiq temperaturda saxlanılmalıdır. Bunun üçün qida istehsalı müəssisələrində temperaturun monitorinqi prosesi həyata keçirilməlidir.

Bundan əlavə, qida məhsullarının çatdırılması zamanı vaxta nəzarət prosesinə də ciddi əməl edilməlidir. Belə ki, tez xarab olan məhsulların müvafiq temperaturda qalmasını təmin etmək üçün daha uzun çatdırılma müddətləri, qida birbaşa istehlakçılara göndərilmədiyi hallarda isə əlavə nəzarət tədbirləri nəzərdən keçirilməlidir.

Qeyd edək ki, daşınma və çatdırılma xidmətləri tərəfindən sifarişlərin istehlakçılara təhlükəsiz çatdırılmasını təmin etmək üçün qida məhsullarını çatdıran şəxslərə təlimatlar verilməlidir. Həmçinin daşınma və çatdırılma xidmətləri, qidaların istehlakçılara çatdırılmasını həyata keçirən şəxslər və qida müəssisələri emal, daşınma və çatdırılma zamanı xəstəliklərə səbəb ola biləcək orqanizmlərin çoxalmasının qarşısını almaqdan ötrü müvafiq prosedurlar hazırlamaq üçün birgə işləməlidir.

Əlaqədar məqalələr
Qida sənayesi / Kənd təsərrüfatı

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib

Yanvar-oktyabr aylarında 124,4 milyon dollarlıq meşə fındığı ixrac edilib Bu ilin…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Dekabrın 1-dək 177 635 fermer payızlıq....

Dekabrın 1-dək 177 635 fermer payızlıq əkinlərini EKTİS-də bəyan edib Payızlıq…
►►►
Qida sənayesi / Kənd təsərrüfatı

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib

Saatlıda Aqrar Biznes və “Pambıq” festivalları keçirilib Kənd Təsərrüfatı…
►►►