“AZLİNG 2023 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Oktyabrın 3-də Neftçala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək.

2021-ci ildən Neftçala rayon dilçi alimlərinin təşəbbüsü əsasında təşkil olunan konfrans “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

AZLİNG adı altında artıq üçüncüsü keçirilən konfransda dilçilik elmi fonunda Azərbaycan dilinin aktual məsələləri yerli və xarici alimlər tərəfindən müzakirə olunacaq, Azərbaycan dilinin tədqiqi sahəsində ən son elmi yeniliklər barədə məruzələr təqdim ediləcək. Builki AZLİNG 2023 konfransında daha çox Ulu Öndərin dil siyasəti, türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili məsələləri, müqayisəli dilçilik, tərcümənin dilçilik aspektləri və ChatGPT-nin tərcüməşünaslığa təsiri, dil tarixi və dialektologiya, elmi-texniki tərəqqi və Azərbaycan dilinin tədqiqat metodları və üsullarına üstünlük veriləcək.

Konfransda iştirak etmək istəyənlər abstraktlarını 15 sentyabr 2023-cü il tarixinədək təşkilat komitəsinin azling2023@gmail.com e-mail ünvanına göndərə bilərlər.

Konfrans materiallarından ibarət linqvistik toplunun dərc olunması nəzərdə tutulur.

Əlaqədar məqalələr
City Life

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA Azərbaycanda ilk dəfə!
►►►
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►