Sahibkarlar İraqda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

1-10 noyabr tarixində Bağdad şəhərində 47-ci “Baghdad International Fair” sərgisi keçiriləcək. Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İraq Respublikasının Bağdad şəhərində 2023-cü ilin 1-10 noyabr tarixində keçiriləcək 47-ci “Baghdad International Fair” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida sənayesi

XİFMN üzrə məhsulun kodu Məhsulun adı
1602Ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar
1704Şəkərdən hazırlanan qənnadı məmulatları (ağ şokolad daxil olmaqla), tərkibində kakao olmayan
1905Çörək, unlu qənnadı məmulatlar, pirojnalar, peçenye və digər çörək-bulka və unlu qənnadı məmulatlar, tərkibində kakao olan və ya olmayan; əczaçılıq məqsədləri üçün istifadəyə yararlı vafli plastinaları, boş kapsulalar, bağlama üçün vafli həbləri, düyü kağızı və analoji məhsullar
2001Sirkə və ya sirkə turşusu əlavə etməklə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq və bitkilərin digər yeyilən hissələri
2002Sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş pomidorlar
2003Göbələklər və yerdombalanı, sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş
2004Digər tərəvəzlər, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmuş, 2006 mal mövqeyinin məhsullarından başqa
2005Digər tərəvəzlər, hazırlanmış və ya konservləşdirilmiş, sirkəsiz və ya sirkə turşusuz, dondurulmamış, 2006 mal mövqeyinin məhsullarından başqa
200600Tərəvəz, meyvələr, qoz-fındıq, meyvə qabıqları və bitkinin digər hissələri, şəkərin vasitəsilə konservləşdirilmiş (şəkər şirəsi ilə hopdurulmuş, minalanmış və ya şəkərli)
2007Cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla
2008Meyvələr, qoz-fındıq və bitkilərin yeyilən hissələri, başqa üsulla hazırlanan və ya konservləşdirilən, o cümlədən tərkibində şəkər və ya digər şirinləşdirici maddələr, yaxud spirt əlavələri olan və ya olmayan, başqa yerdə adı göstərilməyən və ya təsnif olunmayan
2009Qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri (üzüm şirəsi və kokos suyu da daxil olmaqla) və ya qoz-fındıq şirələri
220110Mineral və qazlı sular
220210000Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici, yaxud dad-aromatik maddələr əlavə edilən
240220Tərkibində tütün olan siqaretlər

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında  6 oktyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 27 sentyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az  

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)
Mob: (+994 50) 200 39 40
E-mail: ali.babayev@azpromo.gov.az